Xalqını iqtisadiyyatdan üstün tutan Kral VI Məhəmməd

13:01 08.04.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koronavirus pandemiyasından qorunmaq üçün dünya ölkələri ciddi tədbirlər almaqdadır. Bu ölkələrdən biri də Mərakeşdir.

Mərakeşin ölkəmizdəki səfirliyindən Hafta.az-a verilən məlumata əsasən, Çində COVID-19 virusu yayılandan sonra Kral VI Məhəmməd, Uhan şəhərindəki, əksəriyyəti tələbələr olan Mərakeş vətəndaşlarının evakuasiya edilməsi, eləcə də virusun yayılmasının qarşısını almaq üçün ölkənin hava limanlarında lazımi tədbirlər görməyi əmr edib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropanı koronavirus pandemiyasının yeni mərkəzi elan etdiyi üçün, “Qoca qitə”yə qonşu olan Mərakeş də bir sıra qərarlar qəbul etmək məcburiyyətində qalıb. Belə ki, Krallıq epidemiyanın ilk mərhələsində cəmi 37 hadisə ilə üzləşsə də, prosesin inkişafının qarşısını almaq üçün sonradan ciddi tədbirlər həyata keçirilib. Bu tədbirlərdən birincisi, epidemik ocaq hesab olunan ölkələrə hava uçuşlarının və dəniz əlaqələrinin dayandırılması idi. Daha sonar, mart ayının ortalarında bütün sərhədlər tamamilə bağlanıb, mədəni, idman, təhsil və incəsənət tədbirləri təxirə salınıb, kinoteatrlar və kitabxanalar, idman salonları, kafe və restoranlar bağlanıb, bütün ictimai toplantılar yasaqlanıb.

Önləyici tədbirlər bununla qurtarmır, Mərakeşdəki bütün məscidlər İslam Ali Şurasının fətvasına əsasən həm beş namaz, həm də Cümə namazları üçün müvəqqəti bağlanıb, Milli Təhsil Nazirliyi bütün məktəblərdə və universitetlərdə kursların dayandırıldığını elan edib, rəqəmsal təhsil platformaları (TelmidTICE, e-takwine və Komandalar) və 3 milli televiziya kanalında yayımlanan kursların tətbiqi ilə distant təhsilə başlanılıb. Görülən tədbirlərə əsasən sabit və mobil internet şəbəkələri vasitəsilə tələbə və kursantlar üçün distant təhsil platformalarına pulsuz internet ayrılıb.
Hökumət dövlət qurumlarına, dövlət və özəl şirkətlərə də telefonla iş rejiminə keçməyi tövsiyə edib.

Kral VI Məhəmməd martın 15-də koronovirusla mübarizənin effektliyini artırmaq üçün 1,1 milyard dollar həcmində Xüsusi Fond yaradılması haqda əmr verib və ilkin olaraq 200 milyon dollardan çox ianə edib. Bu fond tibbi avadanlıqların müasirləşdirilməsi, dava-dərman alınması və sair xərcləri qarşılamaqla yanaşı, digər tərəfdən, turizm kimi həssas sektorları, həmçinin iş yerlərinin qorunması və böhranın sosial nəticələrini azaltmaq baxımından dəstək verəcək. Xüsusi Fond, Mərakeş xalqının bütün təbəqələrinin aktivliyi və həmrəyliyi sayəsində bir həftədən az müddətdə 3 milyard dollardan çox pul yığa bilib.

Krallıq, martın 20-də koronavirusun yayılmasını nəzarətdə saxlamağın yeganə yolu olaraq, fövqəladə vəziyyət elan edib, eyni zamanda, Silahlı Qüvvələrin və orta tibb işçiləri vasitəsilə bu epidemiyanın idarə olunmasına həsr olunmuş tibb strukturlarını gücləndirmək üçün hərbi dərman vasitələrini səfərbər etmək barədə təlimat verib.

Bu dövrdə, Mərakeş dövləti mümkün qədər çox iş yerini qorumaq üçün çətinlik çəkən şirkətlərə yardım etmək üçün bir sıra tədbirlər həyata keçirib, ən başlıcası sosial ödənişlərin dayandırılması və bank kreditlərinin qaytarılmasına moratorium qoyub. Hökumət gəlirləri az olanlara və işini itirənlərə (4 milyondan çox) verilən aylıq müavinətin ümumiləşdirilməsi kimi sosial tədbirlər paketini elan edib, Mərakeş səfirlikləri və Baş konsulluqlar, monitorinq və dəstək bölmələri qurub və ölkə vətəndaşlarından köməyə ehtiyacı olan hər kəs üçün qaynar xəttlər açıb.
Bütün bu fəal təşəbbüsləri qiymətləndirən bgörən bir sıra beynəlxalq media orqanı Mərakeş kralını “xalqını iqtisadiyyatdan üstün edən Kral” olaraq xarakterizə edib.